17 Aprel, 2015
“Volsfburq” biabır oldu - Nəticələr + VİDEO

Avropa Liqasında ¼ final mərhələsinin ilk oyunlarına start verilib. Simsar.az xəbər verir ki, mərhələnin bütün oyunları eyni gündə baş tutub.

Türkiyə təmsilçisi “Beşiktaş”ı mübarizədən kənarlaşdıraraq bu mərhələyə adlayan “Brügge” qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Ukraynanın “Dnepr” klubu ilə  üz-üzə gəlib. Matç 0:0 hesabı ilə başa çatıb.

Ukraynanın digər təmsilçisi “Dinamo” (Kiyev) isə doğma arenada “Fiorentina”nın qəbul edib. Bu qarşılaşmada da heç-heçə qeydə alınıb – 1:1.

İspaniyanın Avroliqada yeganə təmsilçisi “Sevilya” “Ramon Sançes Pizxuan”da Rusiyanın “Zenit” klubunu sınağa çəkib. Gərgin keçən qarşılaşma prineylilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün və mərhələnin ən maraqlı oyunu isə Almaniyada oynanılıb. Qitənin ikinci ən güclü turnirində olduqca inamlı təsir bağışlayan “Volsfburq” öz azarkeşləri önündə “Napoli” ilə qarşılaşıb. Gözlənilməz olsa da, qonaqlar bu oyunda 4:1 hesablı qələbə qazanıb.

Avropa Liqası, 1/4 finalın ilk oyunları


"Brügge” (Belçika) – "Dnepr” (Ukrayna) 0:0

 

"Dinamo” (Kiyev, Ukrayna) – "Fiorentina” (İtaliya) 1:1

Lens, 36 - Babakar, 90+2.

 

"Sevilya” (İspaniya) – "Zenit” (Rusiya) 2:1

Bakka, 73. D.Suares, 88 - Ryazantsev, 29.

 

"Volfsburq” (Almaniya) – "Napoli” (İtaliya) 1:4

Bendtner, 80 - İquain, 15. Hamşik, 23; 64. Qabbiadini, 77.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!