17 Aprel, 2015
Müsəlman miqrantlar 12 xristianı dənizə atdılar

Aralıq dənizində 12 xaçpərəsti gəminin borundan atan müsəlman miqrantlar İtalyanın Palermo şəhərində həbs ediliblər.

Simsar.az BBC-yə istinadən xəbər verir ki, bu barədə İtaliya polisinin bəyanatında bildirilib.

İlkin məlumatlara görə, gəminin içində münaqişə dini zəmində baş verib. Bundan sonra Qanadan və Nigeriyadan olan miqrantlar xristianları gəminin bortundan dənizə atıblar. Bu barədə ilk məlumatı isə Hərbi Hava Qüvvələrləri yayıb.

Əlavə edək ki, İtaliyanın sahilboyu sularında son günlər ərzində təxminən 10000 miqrant xilas edilib.

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!