11 May, 2011
Baş redaktor cərimələr məngənəsində

Məhkəmələrdə uduzan Əvəz Zeynallı çətin durumda

“Xural” qəzetinin baş redaktoru anlaşılmaz duruma düşüb. Dünən baş redaktora Ədliyyə Nazirliyinin Nərimanov rayon məhkəmə icraçılarından xəbərdarlıq göndərilib. Ə.Zeynallı Simsar.az-a deyib ki, məhkəmə Prezident Admnstrasiyasının rəhbəri Ramiz Mehdiyevin iddası əsasında onu 10 min manat cərimələyi üçün belə vəziyyət yaranıb:  

“Hazırda yaşadığım ev qayınatamın adınadır. Cəriməni ödəyə bilmədiyim üçün evə həbs qoyula bilər. Biz pulu ödəməkdən imtina etmirik. Sadəcə, cərimənin hissə-hissə ödənilməsini istəyirik”

Qəzetə Prezident yanında KİV-in İnkişafına Dəstək Fondunun icraçı direktoru Vüqar Səfərli də məhkəmədə iddia qaldırıb. O qəzetdə şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edib və buna görə, 10 min manat təzminat tələb edib, eləcə də qəzetin ondan rəsmən üzr istəməsini istəyib. Həmçinin “Xural” qəzetini “Yeni Müsavat”-ın baş redaktoru Rauf Arifoğlu da məhkəməyə verib. Baş redaktor “Xural” qəzetindən 25 min manat təzminat tələb etməklə yanaşı baş redaktor Əvəz Zeynallının həbsini istəyib. 2007-2008-ci ildə “Azərbaycan” Nəşriyyatının direktoru Ağabəy Əsgərovla məhkəmə çəkişməsi olub və onu məhkəmədə cərimələyiblər. Həmçinin müğənni Nüşabə Ələsgərliyə də ödənilməmiş cərimələr var.

Anar

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!