16 Aprel, 2015
Şəki Bakının qonağı olacaq

Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” adlı layihəsi Bakı sakinlərini regionların sosial-iqtisadi inkişafı, zəngin mədəniyyəti, adət-ənənələri ilə tanış etməkdə davam edir. Simsar.az xəbər verir ki,  layihə çərçivəsində növbəti tədbir Şəkiyə həsr olunub.

Tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Şəki rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə aprelin 21-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında reallaşacaq.

Layihə çərçivəsində Azərbaycan mədəniyyətinin tarixi və müasir zənginliklərini və Şəkinin adət-ənənələrini əks etdirən dekorativ tətbiqi sənət ustalarının əl işləri sərgilənəcək, bölgənin turizm imkanları təbliğ olunacaq, incəsənət ustalarının konserti təşkil ediləcək.

Qeyd edək ki, 2015-ci il ərzində Lənkəran, Gəncə, İsmayıllı, Şəmkir, Gədəbəy və Abşeron rayonlarının Bakı şəhərində mədəni tədbirləri keçiriləcək və hər bir regionun qədim tarixi, ənənələri, incəsənət nümunələri geniş formatda təqdim olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!