11 May, 2011
Yeddi Dövlət-Bir millət konseyi türk əlifbasına keçdi

Yeddi Dövlət – Bir Millət Konseyi may ayının 11-dən bütün yazışma və xəbərləşmələri ortaq türk əlifbası ilə həyata keçirəcək. Bunu simsar.az-a qurumun başqanı Azər Həsrət bildirib.

A.Həsrət deyib ki, ötən il ortaq türk əlifbası üzərində geniş təbliğat işi aparıblar: “Qısa müddət ərzində yeddi bağımsız türk dövlətində və digər türk topluluqlarında hazırda istifadə edilən əlifba şəkilləri araşdırıldı, onların ortaq və fərqli yönləri, ləhcələrə tətbiqi məsələləri öyrənildi. Bakıda keçirilən iki ayrı konfransda müzakirələr aparıldı, mütəxəssislərin rəyləri müzakirə edildi. Bütün bunlardan sonra bəyan etdik ki, mümkün qədər qısa zaman içində ortaq əlifbaya keçilməlidir”.
Konsey başqanı artıq ilk addım kimi başçılıq etdiyi qurumun və onun əsas xəbər kanalı olan “Yalquzaq.com”un bu uyğulamaya başlayacağını vurğulayıb.
Cämi 34 härfdän ibarät olan älifba demäk olar ki, bütün türk lähcälärinin ifadäsi üçün yetärlidir. Misal üçün, Azärbaycan türkcäsindäki 32 härfdän yalnız biri (Ə ə – Ä ä) däyişdirilir, Ň ň (sağır nun) vä W w (qoşa ve) härfläri älifbaya älavä edilir. Yaxud da Türkiye türkcäsindäki 29 härf yerindä qalmaqla daha beş härf älavä edilir vä s. Aşağıda ortaq türk älifbasının härfläri verilir: A a (Aşgabat), B b (Bakı), C c (Ceyhan), Ç ç (Çanaqqala), D d (Därbänd), E e (el), Ä ä (äziz), F f (Färğanä), G g (günäş), Ğ ğ (ağa), H h (häsrät), X x (xan), I ı (Iğdır), İ i (iynä), J j (Jalä), K k (kitab), Q q (Qazan), L l (Lefkoşa), M m (Mersin), N n (Narınqala), Ň ň (anaň), O o (orta), Ö ö (ördäk), P p (para), R r (rayon), S s (säma), Ş ş (Şuşa), T t (Täbriz), U u (Urmiyä), Ü ü (Ürümçi), V v (Van), W w (-), Y y (Yevlax), Z z (Zängäzur). Älifbadan göründüyü kimi W w (qoşa ve) härfi sadäcä yeni texnologiyaların täläblärini ödämäk üçün (internet ünvanları kimi) älifbaya daxil edilib”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!