15 Aprel, 2015
Mark Zuckerbergdən azərbaycanlı jurnalistə CAVAB - FOTO

Mark Zuckerberg facebook vasitəsilə ona ünvanlanan sualları cavablandırıb.

Simsar.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən ona ünvanlanan sualları cavablandıran Zuckerberg azərbaycanlı jurnalistin sualına da cavab yazıb. Jurnalist Turxan Kərimovun Facebook vasitəsi ilə pul transferin nə zaman mümkün olacağını soruşub. Zuckerberg isə bu xidmətin yaxın zamanda Messengerin bir hissəsi olması üçün çalışdıqlarını və bundan sonra foto, fayl və audio kimi pul göndərməyin də mümkün ola biləcəyini bildirib.

Qeyd edək ki, facebook yaradıcısına sual verənlər arasında məşhur müğənni Şakira da olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!