11 May, 2011
12 dövlət orqanı futbol oynayacaq

Bu gün Bakı Dövlət Universitetinin idman kompleksində “Parlament kuboku 2011” futbol turniri başlayır. 

Simsar.az-ın verdiyi xəbərə görə, ilk görüş Milli Məclislə Konstitusiya Məhkəməsi komandalarının arasında olacaq. 4 qrupda dairəvi sistem üzrə keçiriləcək yarışmanın digər iştirakçıları Prezident Administrasiyası, Xarici İşlər, Vergilər, Nəqliyyat, İqtisadi İnkişaf, Ədliyyə, Səhiyyə, Rabitə və informasiya texnologiyaları, Ekologiya və təbii sərvətlər nazirliklərinin və Ali məhkəmənin futbol komandalarıdır. 

Qeyd edək ki, futbol turnirinin püşkatma mərasimi mayın 5-də Milli Məclisdə keçirilib.
Milli Məclisin Sədri Oqtay Əsədovun təşəbbüsü ilə ikinci dəfə keçirilən bu turnirə 12 dövlət orqanının futbol komandasının qatılacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!