11 May, 2011
İsveçli jurnalistlərin deportasiya səbəbi bilinmir

Dunya Myatoviç: "Bütün faktları əldə etdikdən sonra rəsmi qaydada fikirimizi deyəcəyik"

Bu gün bakıda ATƏT-in Bakı Ofisi və Mətbuat Şurasının təşkilatçılığı ilə  keçirilən konfransda  ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunya Myatoviç ötən ay Azərbaycandan deportasiya edilən İsveçli jurnalistlərin məsələsinə toxunub.

Simsar.az-ın məlumatına görə, D. Myatoviç deyib ki, rəhbərlik etdiyi ofis bu cür halların qarşısını ala bilməz: " Biz bu məsələni izləyirik və həm İsveç, həm də Azərbaycan hökumətləri ilə əlaqəliyik. Bütün faktları əldə etdikdən sonra rəsmi qaydada fikirimizi bildirəcəyik".

 ATƏT rəsmisi onu da qeyd edib ki, istənilən halda, jurnalistlər öz fəaliyyətlərində və bu ölkədən digərinə getməkdə azad olmalıdırlar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!