11 May, 2011
FİFA-nın PREZİDENTİ RÜŞVƏT İTTİHAMI HƏDƏFİNDƏ

İngilis qəzeti Dünya Kuboku ilə bağlı ilginc faktlar toplayıb

2018 və 2022 Dünya Kubokuna ev sahibliyi edəcək ölkələrin seçilməsi prosesində FİFA-nın yüksək səviyyəli altı üzvünün adı rüşvət qalmaqalında hallanır. 

Əvvəllər də korrupsiya suçlamaları ilə qarşılaşan FIFA-ya yönəlik son ittiham iyunda prezidentliyə namizəd olacaq bu qurumun prezidenti Zepp Blatterin karyerasına ciddi zərbə olub.  

Rüşvət qalmaqalı İngilis “Sunday Times” qəzeti və İngiltərə Futbol Federasiyasının keçmiş sədri David Triesmanın iddiaları nəticəsində parlamentdə başlanan soruşdurmayla ortaya çıxarıldı. 
  
Qəzet yazıb ki, FİFA-nın Afrikali nümayəndələri Kamerunlu İsaak Haaytou və Fildişi Sahilindən olan Jak Anouman 2022 Dünya Kubokunun Qətərdə keçirilməsi istiqamətində səs vermələri üçün 1.5 milyon dollar rüşvət alıb. 
  
Həmin şəxslərin səsverməsi ABŞ-ı Dünya Kubokuna ev sahibliyi etməkdən kənarda saxladı. Və Qətər qalib çıxdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!