13 Aprel, 2015
Hava limanında unudulan əşyalar satışa çıxarıldı

Atatürk Hava Limanı Xarici Xətlər Terminalında unudulan əşyalar Avcılar Mərmərə Prospekti, Cağatay Biznes Mərkəzində satışa çıxarılıb.

Simsar.az “YeniŞafak”-a istinadən xəbər verir ki, unudulan əşyalar arasında kompüter, cib telefonu, tekstil məhsulları kimi çox sayda məhsullar var. Ağıllı telefonların qiyməti 400-600 lirə arasında dəyişərkən, marka gün eynəkləri 20 lirəyə satılır.

Satışa təqdim olunan əşyalar arasında, fotoaparatlar, uşaq arabaları, kameralar, diz üstü kompüterlər, ağıllı cib telefonları kimi çox sayda məhsul var. İş yeri sahibi Əziz Qorxmaz, çamadanlardan çox fərqli məhsullar çıxdığını bildirərək "Satışlara başladıq, məhsulların hamısı keyfiyyətlidir. Çox sayda məhsul var. Bazar dəyərinin yarı qiymətinə satış edirik" deyib.

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!