10 May, 2011
ADAMA HEYVAN QANI KÖÇÜRÜLDÜ

Tamara Coakley üçün ölüm təhlükəsi aradan qalxdı

Avtomobil qəzasına düşən Avstraliyalı 33 yaşlı Tamara Coakleyə inək qanı köçürülüb.
Simsar.az saytının "Haberturk.com" saytına istinadən verdiyi məlumata görə, "Yəhovanın şahidləri" təriqətinə mənsub olan Tamara Coakley üzvü olduğu təriqətin şərtlərini əsas götürüb və ölüm təhlükəsi ilə üzləşməsinə baxmayaraq, ona insan qanı köçürülməsini qəbul etməyib.
Beləliklə, dünyada ilk dəfə həyata keçirilən üsulla Tamara Coakleyə inək plazmasından hazırlanan süni qan köçürülüb. Tamara Coakley üçün artıq ölüm təhlükəsi yoxdur.

Aynurə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!