11 Aprel, 2015
Dünyanın ən sürətli avtomobili - Foto + VİDEO

“Hennessey Venom GT” avtomobili dünyanın ən sürətli avtomobili elan olunub. Avtomobilin maksimal sürəti saatda 437 km-dir. Buna qədər ən sürətli avtomobil Buqatti Veyron avtomobili sayılırdı.2012-ci il üçün Bugatti Veyron Super Sport” ən sürətli avtomobil elan olunmuşdu.

Maksimal sürəti 431 km/saat olan bu modelin qalib seçilməsinin səbəbi isə onun artıq satışda olması idi. “Hennessey Venom GT” modeli Bugattidən sürətli olsa  da satışa çıxmadığı üçün birincilik əldə edə bilməmişdi. Bu il nəhayət ki, “Hennessey Venom GT” avtomobili bazara çıxarıldı. Hal-hazırda dünyanın ən sürətli avtomobili sayılan “Hennessey Venom GT” avtomobilinin sürəti saatda 437km-dir. Avtomobilin qiyməti 1.5 milion dollardan başlayır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!