10 Aprel, 2015
Polat Alemdarın adına siqaret buraxdı, tutuldu - FOTO

"Kurtlar Vadisi" serialının qəhrəmanı Polat Alemdarın şəkli olan siqaretlər buraxılıb.

Simsar.az-ın məlumatına görə, Diyarbəkır-Elazığ magistral yolunda jandarmanın bir maşında apardığı yoxlamalar zamanı Polat Alemdar obrazını yaradan Necati Şaşmazın fotosunun üstündə olduğu 19 min 500 ədəd qaçaq siqaret qutusu ələ keçirilib.

Qaçaq siqaretlərin içində yüzlərlə paketin üstündə Polat Alemdarı xatırladan Murad Alemdar adıyla hazırlanmış və üzərində serialın baş qəhrəmanı Necati Şaşmazın şəkilinin vurulduğu siqaretlər diqqət çəkib.

Şimali İraqda istehsal olunduğu ehtimal olunan və "Kurtlar Vadisi"nin qəhrəmanını xatırladan "Murad Alemdar" siqaret qutularının nazar dəyərinin 80 min lirə olduğu bildirilib.

Qeyd edək ki, "Kurtlar Vadisi" serialı ərəb coğrafiyası və Yaxın Şərqdə ən çox izlənilən filmdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!