10 May, 2011
Çexiya prezidenti mayın 16-ı Bakıda olacaq

Vatslav Klaus  Azərbaycanın bölgələrinə də səfər edəcək

Səfər çərçivəsində iki ölkə arasında bir neçə sənəd imzalanacaq, prezident Azərbaycanın bölgələrinə də gedəcək

Çexiyanın prezidenti Vatslav Klaus gələn həftə Azərbaycana dördgünlük səfərə gələcək. APA-nın məlumatına görə, bu barədə Çexiya prezidentinin saytı xəbər yayıb.

Mayın 16-da başlayacaq səfər çərçivəsində o, azərbaycanlı həmkarı İlham Əliyev, baş nazir Artur Rasizadə və digər şəxslərlə görüşəcək. Səfər zamanı Azərbaycanla-Çexiya arasında bir neçə sənədin imzalanması nəzərdə tutulur.

V. Klaus Bakıdan başqa Azərbaycanın bölgələrinə də səfər edəcək, həmçinin Bakı yaxınlığındakı “Səngəçal” neft terminalında olacaq. Çexiya prezidentinin Bakı Slavyan Universitetinin tələbələri görüşü də nəzərdə tutulur.

Görüşlərdə ölkələr arasında enerji sahəsində əməkdaşlıqla yanaşı digər sektorlarda əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!