9 Aprel, 2015
Günəş enerjisi ilə işləyən velosiped - VİDEO

Şübhəsiz ki, ən qənaətli nəqliyyat növü velosipeddir. Lakin mütəmadi olaraq velosiped sürmək insanı yorur. Məhz buna görə də “gələcəyin velosipedi” adlanan yeni Solarbike günəş batareyalarından qidalanan elektrik mühərriki ilə təchiz olunub.

Günəş batareyaları velosipedin təkərlərində, akkumulyator isə ramada yerləşdirilib. Velosipedi bir neçə saat günəş altında saxlamaq kifayətdir ki, bir dəfəyə 80 kilometr məsafə qət edə biləsən. Akkumulyatorun enerjisi qurtardıqdan sonra isə onu yenə də əvvəlki kimi ayaqla sürmək olar.

Bu velosiped elə də günəşli olmayan Danimarkanın paytaxtı Kopenhagen şəhərində hazırlanıb. Əgər şimal günəşi velosipedin tam işləməsinə kifayət edirsə, Bakıda o, əvəzedilməz nəqliyyat vasitəsinə çevrilə bilər.

Solarbike elektrik mühərrikinin sayəsində saatda 25 kilometr sürətlə hərəkət edir. Bura sürücünün cəhdləri də əlavə olunsa, onda velosipedin sürəti saatda 60 kilometrə çata bilər.

“Gələcəyin velosipedi”nin nə vaxt satışa çıxarılacağı barədə məlumat verilmir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!