10 May, 2011
Avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib. V. Əsədov qeyd edib ki, mayın 10-da saat 08.00-dan etibarən Mikayıl Müşfiq küçəsinin kəsişməsindən Parlament prospekti ilə Fəxri Xiyaban istiqamətinə ziyarət başa çatanadək avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq. 

V. Əsədov, həmçinin bu gün Gül bayramının keçirilməsi ilə əlaqədar “Azneft” meydanı, Neftçilər prospekti və R. Behbudov küçəsi ilə Füzuli küçəsinin kəsişməsindən Bülbül prospekti də daxil olmaqla Heydər Əliyev Sarayının qarşısındakı Milli Parkda tədbir iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə bu ərazilərdə avtomobillərin parklandırılmasına icazə verilməyəcəyini qeyd edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!