9 May, 2011
İlham Əliyev Veteranlar Şurasına 200 min manat ayırdı

Dövlət başçısı bununla bağlı sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Şurasının fəaliyyətinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması haqqında sərəncam imzalayıb. 

Simsar.az-ın AzərTac-a istinadən məlumatına görə, Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Şurasının fəaliyyətinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədi ilə Şuraya Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 200 000 (iki yüz min) manat vəsait ayrılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!