9 May, 2011
Prezident Həzi Aslanovun qəbirüstü abidəsini ziyarət etdi

Ilham Əliyev generalın xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

Bu gün Azərbaycan prezidenti İlham Əliyev 9 May-Qələbə günü münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun qəbirüstü abidəsini ziyarət edib.

APA-nın məlumatına görə, prezident generalın xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

Daha sonra dövlət başçısı H. Aslanovun ailə üzvləri, habelə ziyarətdə iştirak edən Böyük Vətən müharibəsi veteranları ilə görüşüb, onlarla söhbət edib.

Ziyarətə dövlət və hökumət rəsmiləri, Milli Məclis üzvləri, ictimaiyyət nümayəndələri də qatılıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!