9 May, 2011
Qalib müəyyənləşmədi -CƏDVƏL

Bombardir: Bahodir Nasimov ( Neftçi ) – 15.

Apasport.az saytının məlumatına görə, turun son 3 qarşılaşmasından 1-i ilk, 2-si ikinci “altılıq” çərçivəsində keçirilib.

Günün ə məhsuldar oyunu “Şəfa”da baş tutub. Erkən qollarla hesabda irəli çıxan “Muğan” “Gəncə” üzərində qələbə qazanıb. Salyanlılar rəqib qapısına 2 qol vurduqdan sonra öz qapılarından da 1 top keçirib. Bu, Mehman Allahverdiyevin baş məşqçi postuna gəlişindən sonra “Gəncə”nin ilk məğlubiyyəti olub.

Son 2 mövsümün çempionları “Neftçi” və “İnter” arasında paytaxt derbisində isə qalib müəyyənləşməyib. Titulun yeni sahibi kimi ilk qaarşılaşmasına çıxan “ağ-qaralar” sabiq çempiona güclü olduqlarını göstərə bilməiblər.

Qəbələdəki matçda isə meydan sahiblərinin erkən qolu Toni Adamsın yetirmələrinə növbəti qələbəni qazandırıb. Bununla da Asim İbrahimovun “Turan”da debütü məğlubiyyətlə əlamətdar olub.

8 may

15:00. “Muğan” – “Gəncə” - 2:1
QOLLAR: Miloş Zeçeviç, 2-pen., Anhel Qutyerres, 12 - Ekrem Hodziç, 34-öz qapısına
QIRMIZI VƏRƏQƏ: Ramal Hüseynov, 85 (2-ci sarı/qırmızı vərəqə)
Hakimlər: Fuad Həsənov, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məmmədov
Bakı. “Şəfa” stadionu
Cari mövsümdəki oyunlar – 1:1, 0:3, 1:1

15:40. “Neftçi” – “İnter” - 0:0
Hakimlər: Əliyar Ağayev, Azər Əsgərov, Yaşar Abbasov, Ceyhun Haşımov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Cari mövsümdəki oyunlar – 2:0, 1:1, 1:1

16:00. “Qəbələ” – “Turan” - 1:0
QOL: Yaşar Abuzərov, 14
Hakimlər: Rauf Cabbarov, Azad Q. Hüseynov, Aydın Ələkbərov, Hacıəli Ağayev
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası
Cari mövsümdəki oyunlar – 1:0, 1:0, 2:0

Turnir cədvəli

1 Neftçi 30 19 9 2 52-13 66
2 Xəzər Lənkəran 30 15 11 4 35-17 56
3 Qarabağ 30 16 7 7 37-19 55
4 AZAL 30 12 9 9 33-27 45
5 İnter 30 12 9 9 28-24 45
6 Bakı 30 10 10 10 33-29 40
7 Qəbələ 30 12 11 7 29-17 47
8 Muğan 30 12 8 10 27-29 44
9 Gəncə 30 8 11 11 30-33 35
10 Turan 30 6 6 18 21-42 24
11 Simurq 30 3 7 20 15-47 16
12 MOİK 30 3 6 21 10-53 15

Bombardir: Bahodir Nasimov ( Neftçi ) – 15.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!