7 May, 2011
Eldar və Nigarın çıxışını ermənistan təmsilçisidə bəyəndi

Ermənistanın “Eurovision-2011” təmsilçisi Emmy Azərbaycanın bu müsabiqədə təmsil edən Eldar və Nigarın çıxışını bəyəndiyini deyib.

APA-nın Düsseldorfa ezam olunmuş əməkdaşına açıqlama verən Emmy bildirib ki, “Running Scared” uğurlu mahnıdır və duetimiz müsabiqədə yaxşı nəticə göstərə bilər: "Azərbaycan mahnısını bəyənirəm və ölkənizə uğurlar diləyirəm. Yaddaqalan mahnınız var və sizin üçün oxuya da bilərəm". Emmy daha sonra Eldar və Nigarın Eurovision 2011-də ifa edəcəyi “Running Scared” mahnısının nəqərat hissəsini ifa edib.

Ermənistan təmsilçisi bu müsabiqədə öz şansını da yüksək qiymətləndirir və "Boom-Boom"la Avropada uğur qazanacağını düşünür.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!