7 May, 2011
Prezident Beynəlxalq Cüdo Federasiyası prezidentini qəbul edib

Bakıda keçirilən Qran-Pri turnirinə ölkəmizin ev sahibliyi etməsindən məmnunluq ifadə olunub

Azərbaycan Prezidenti İlham Əliyevmayın 7-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Görüşdə cüdoçuların Bakıda keçirilən Qran-Pri turnirinə ölkəmizin ev sahibliyi etməsindən məmnunluq ifadə olunub, Azərbaycan cüdoçularının bu turnirdə yaxşı nəticələr əldə etdikləri vurğulanıb. Görüşdə, həmçinin ölkəmizdə idmana göstərilən yüksək dövlət qayğısından danışılıb, cüdoçuların Bakıda keçirilən Qran-Pri turnirinin önəmi qeyd edilərək bu tədbirin idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!