7 May, 2011
Bahar Muradova: "Hicabla bağlı keçirilən mitinqlərin məzmunu mənə aydın deyil"

“Tədris müəssisələrində hicaba qoyulan qadağaya ciddi şəkildə əməl edilməlidir”.

Bu gün Milli Məclis sədrinin müavini Bahar Muradova jurnalistlərə açıqlamasında hicaba qadağaya etiraz edənlərin hərəkətinə qiymət verib.Simsar.az-ın məlumatına görə  B. Muradova deyib ki, mitinq keçirmək, kütləvi şəkildə toplaşmaq, bu və ya digər məsələ ilə bağlı fikirlərini qanun çərçivəsində bildirmək hər bir azərbaycanlının hüququdur: “Bu cür mitinqlər qanun çərçivəsində reallaşdırılsa, bunu normal adlandırmaq olar. Hicabla bağlı keçirilən mitinqlərin məzmunu mənə aydın deyil”.

B. Muradova qeyd edib ki, Azərbaycanda hicaba qadağa qoyan qanun və ya sərəncam yoxdur: “Hicab taxmaq hər bir vətəndaşın öz hüquqdur. O ki, qaldı tədris müəssisələrində məktəbli formalarının tətbiqinə, bu isə başqa söhbətdir. Düşünürəm ki, tədris müəssisələrində hicaba qoyulan bu qadağa ciddi şəkildə əməl edilməlidir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!