7 May, 2011
Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin binası əsaslı təmir edilib - FOTO

Binanın açılış mərasiminə Ədliyyə nazirinin müavini Vilayət Zalov da qatılıb

Mayın 6-da Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin əsaslı təmirdən çıxan inzibati binasının açılışı olub. Simsar.az-ın Gəncədəki əməkdaşı məlumat verir ki, binanın açılış mərasiminə Ədliyyə nazirinin müavini Vilayət Zalov da qatılıb.

Mərasimdə çıxış edənlər nazir müavininə binada görülən işlər barədə məlumat veriblər. Qeyd olunub ki, məhkəminin fəaliyyət göstərdiyi tikili ötən əsrin 50-ci illərində inşa edilib. 1981-ci ildən məhkəmə kollektivinin ixtiyarına verilib. O vaxtdan indiyədək təmir edilməyən bina artıq ən müasir tələblərə cavab verir. Tikili 2 mərtəbəlidir. O da bildirilib ki, bu ilin sonuna Nizami rayon Məhkəməsinin kollektivi də müasir tələblərə cavab verən binada fəaliyyət göstərəcək. Çünki məhkəmə üçün yeni 3 mərtəbəli bina inşa edilir. Ardından qonaqlar Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin əsaslı təmirdən çıxan inzibati binasına baxış keçiriblər. İş otaqları, məhkəmə proseslərinin keçirilməsi üçün zal, vətəndaşların rahatlığı üçün yaradılan şəraitlə tanış olublar.



Vüsalə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!