7 May, 2011
Birinci vitse-spiker ermənistanı hədələdi

"Hərbi bəyanatlar söz xətrinə verilmir"

“Ermənistanın danışıqlarda imitasiya etməsi dəqiq məlum olandan sonra inanın ki, Azərbaycan Ordusu çox qısa müddət ərzində qarşısına qoyulan vəzifəni yerinə yetirməyə hazırdır”. Simsar.az-ın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov verib. 

Z. Əsgərov bildirib ki, Azərbaycan tərəfinin səsləndirdiyi hərbi bəyanatlar söz xətrinə verilmir: “Bu ritorika xətrinə deyiləsi söz deyil, reallıqdır. Bu gün Azərbaycanın iqtisadi və hərbi büdcəsi imkan verir ki, biz qısa müddət ərzində bu işi yerinə yetirə bilərik. Amma yenə də müəyyən qədər ümidlərimiz var. Yəqin ki, danışıqlar prosesi nəticə verə biləcək”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!