7 May, 2011
Xankəndidəki hava limanı "havada qalıb"

Novruz Məmmədov: "Əvvəl axır bu məsələ qanun çərçivəsində həll edilməlidir"

Bu gün  jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib ki, “Xankəndidə tikilən hava limanı ilə bağlı məsələ beynəlxalq səviyyədə ümumi qanunvericilik çərçivəsində həll olunmalıdır”.

Simsar.az-ın məlumatına görə, N. Məmmədov  ölkələr arasında bu cür münasibətləri tənzimləyən  konvensiya olduğuna diqqət çəkib: “Yəni bunları tənzimləyən qanunlar var. Ermənistan tərəfi bu qanunları pozmaq üçün addımlar atır. Amma əvvəl axır bu məsələ qanun çərçivəsində həll edilməlidir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!