7 May, 2011
Hərbi qanunvericilik dəyişdirilir

Ziyafət Əsgərov: "İşin həcmi çox böyükdür"

 Simsar.az-ın məlumatına görə, Milli Məclisin birinci vitrse-spikeri Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında bildirib ki, hərbi xidmətə çağırışla bağlı normativ hüquqi sənədlərin monitorinqi aparılır

O bildirib ki, Prezident Administrasiyasında, Milli Məclisdə, Müdafiə Nazirliyində bununla bağlı ekspertlər işləyir və həmin sənədlər hazır olan kimi bu sənədlər parlamentin plenar iclasına çıxarılacaq: “Həddindən artıq böyük iş olacaq. Çünki işin həcmi çox böyükdür. Bilirsiniz ki, bizim hərbi qanunvericiliyimiz aktlarının bir hissəsi 1995-ci ilin Konstitusiyasına qədər hazırlanıb. Müəyyən dövr ərzində əlavə və dəyişikliklər edilib. Lakin Azərbaycanın hazırkı inkişafını və eyni zamanda Silahlı Qüvvələrin inkişafını nəzərə alaraq bəzi hallarda hüquqi baza məsələsi öz sözünü deməlidir. Ona görə çalışırıq ki, bu işi qısa zamanda yekunlaşdıraq. Bu addım Silahlı Qüvvələrimizin qanunvericilik bazasını daha da möhkəmləndirəcək”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!