2 Aprel, 2015
Qanadlı quzu doğuldu - FOTO

Türkiyənin Ərzurum şəhərində qeyri-adi quzu doğulub.

Simsar.az-ın məlumatına görə, akkaraman cinsindən olan bir qoyun qanadlı quzu doğub. Quzunun sahibi Abdulbaki Durmaz hər kəsin bu quzu ilə maraqlandığını, onu satın almaq istədiklərini deyib. Onun sözlərinə görə, quzu haqqında eşidən hər kəs onu görməyə gəlir.

"Tək qanadlı bir quzum var. Quzunu bir çox insan satın almaq istəyib. Amma mən onu satmaq fikrində deyiləm. Doğulanda çox taqətsiz idi. Onu öz əllərimlə bəsləmişəm", - deyən Abdulbaki Durmaz quzuya xüsusi qayğı göstərdiyini də deyib.

Quzunu görən veterenar həkimlər isə quzunun qanadlı doğulmasının doğum anomallığı olduğunu bildiriblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!