7 May, 2011
Heydər Əliyevin xatirəsinə şahmat turniri

192 şahmatçısıyla keçirilən yarışda hər qrossmeyster 48 nəfərlə oynayıb

Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Nərimanov adına parkda geniş şahmat seansı keçirilib.

Lent.az xəbər verir ki, «Heydər Əliyev - 88» silsilə tədbirləri çərçivəsində Respublika Şahmat Federasiyasının təşkilatçılığı ilə baş tutan seansda Azərbaycanın beynəlxalq dərəcəli qrossmeysterləri və mili yığmanın üzvləri Qədir Hüseynov, Vüqar Həşimov, Eltac Səfərli və Vasif Turalbəyli iştirak ediblər.
Seans Şahmat Federasiyasının sədri Elman Rüstəmov, Nərimanov rayon icra hakimiyyətinin başçısı Abidin Fərzəliyev və şahmat üzrə milli yığmanın üzvü Vüqar Həşimovun qısa açılış nitqindən sonra başlayıb.


Bakı şəhər şahmat məktəblərinin xüsusi perspektiv vəd edən azyaşlı və yeniyetmələrdən ibarət 192 şahmatçısıyla keçirilən yarışda hər qrossmeyster 48 nəfərlə oynayıb. Yekunda 4 seansın hər birində fərqlənən 5 şahmatçı diplomla mükafatlandırılıb.


Böyük bir izdihamın izlədiyi, açıq havada baş tutan və əsl şahmat bayramına çevrilən turnirdə Respublika Uşaq Gənclər Şahmat məktəbi iştirakçı və diplomatların sayına görə fərqlənib. Məktəbi təmsil edən Günay Əliyevanın yetirməsi, yarışın ən azyaşlı iştirakçısı Nəsibə Xatun Niftəliyeva, Şahin Hüseynovun yetirməsi Aynur Abbasova və İslam Mahmudovun yetirməsi Nigar Must

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!