7 May, 2011
“Yaşayan tarixi”in təqdimatı

“Den pobeda”nın sədaları altında 

Dünən Bakı Biznes Mərkəzində “Yaşayan tarix” layihəsinin və eyniadlı sənədli filmin təqdimatı oldu. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) bu layihəsi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gerçəkləşdi. Layihənin rəhbəri lamiyə Hüseynova əsas məqsədin ikinci dünya savaşının veteranlarını gənc nəslə tanıtmaq və milli vətənpərvərliyin təbliği oldiuğunu söylədi. 

Filmin nümayişindən sonra Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev çıxış edib iştirakçıları 9 may qələbə bayramı münasibətilə təbrik etdi.

Prezident Aparatının ictimai-siyasi əlaqələr şöbəsinin əməkdaşı Rasim Mirzəyev filmə baxanda həyacanlı anlar yaşadığını bildirdi. Millət vəkili Aydın Mirzəzdadə isə bu cür layihələrin gənclərin təlim tərbiyəsində böyük rol oynadığından söhbət açdı. Çıxışlardan sonra ATGTİ-nin yenicə bəstələnmiş himni səsləndi.

Təqdiman məşhur “Den pobeda” mahnısının sədaları altında yekunlaşdı.

Mahir

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!