1 Aprel, 2015
Türkmənistan Xəzərdə böyük kəşfiyyata başladı

“Türkmənnebit” dövlət konserni (Türkmənneft) Xəzər dənizinin Türkmənistan şelfində “Şimali Qoturtəpə” yatağında iri miqaysli kəşfiyyat işləri aparır.

Simsar.az “Caspian Barel”ə istinadən xəbər verir ki, 217 nömrəli quyuda qazma işləri başa çatıb və bu, hissədə qazılmış 10-cu quyudur.

Xəbərdə bildirilir ki, dayazsulu hissənin kəşfiyyatı zamanı “Türkmənneft” müasir avadanlıqlardan və yüksək səmərəli texnologiyalardan istifadə edilir.

2014-cü ilin avqustunda xəbər verilmişdi ki, ”Türkməngeologiya” dövlət konserni kompleks seysmik tədqiqatların aparılması üçün beynəlxalq tenderə yekun vurub.

Xatırladaq ki, əvvəllər Xəzər dənizinin türkmən sektorunun resursları 12 milyard ton neft və 6.5 trilyon kub metr qaz həcmində qiymətləndirilirdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!