1 Aprel, 2015
1 kitab alana, 1 isveçli “hədiyyə”

İsveçin Hultsfred şəhərində yerləşən kitab mağazalarından biri qeyri-adi addım atıb. Belə ki, kitab mağazasından kitab alan isveçlilər öz razılığı ilə mağazada qeydiyyata alınırlar.

Əgər ölkəyə gələn miqrantlar həmin kitab mağazasından kitab alarsa, həmin mağazada qeydiyyata düşmüş isveçli onunla tanış edilir. Onlar kitab oxumaqla yanaşı birlikdə çay içə, gəzə və ya filmə gedə bilərlər. Hultsfred bələdiyyəsinin səlahiyyətlisi Linda Asgardın fikrincə, ölkəyə gələn miqrantlar isveçlilərlə tanış olmaq istəyirlər. Lakin onlar bəzən isveçlilərlə münasibət qura bilmirlər: "Atdığımız addımın əsas məqsədi insanların daha çox kitab oxumasıdır. Bundan əlavə onlar isveçli bir xanım və ya bir kişi ilə də tanış ola bilərlər. Beləliklə onlar həm kitab oxuyacaq, həm də tanış olduqları şəxslə asudə vaxt keçirə biləcəklər."

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!