1 Aprel, 2015
Ərdoğan səfərini yarıda qoymağa məcbur oldu

Rumıniyada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfərini yarımçıq saxlayaraq vətənə dönür.

Simsar.az xəbər verir ki, prezidentin tələm-tələsik Ankaraya qayıtmasına səbəb prokuror Məhmət Səlimin faciəli ölümüdür.

Rəsmi qaynaqlardan Anadolu agentliyinə verilən məlumata görə, ölkədə baş verən faciəvi olay səbəbindən Rumıniya Prezidenti Klaus Yohannesin Ərdoğanın şərəfinə verəcəyi şam yeməyi də ləğv olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!