1 Aprel, 2015
“Beşiktaş” avstriyalı futbolçu ilə razılığa gəldi

İstanbul təmsilçisi “Verder” klubunun müdafiəçisi Sebastian Prödllü transfer etməyə yaxındır. Simsar.az xəbər verir ki, bu  barədə “Bild” qəzeti məlumat yayıb. Xəbərdə 27 yaşlı müdafiəçinin “Qara qartal”la razılığa gəldiyi və 3 illik müqaviləyə qol çəkəcəyi bildirilib. Futbolçunun da Türkiyəyə gəlməkdə maraqlı olduğu qeyd olunub. Gələn mövsümdən “Beşiktaş”da çıxış edəcək futbolçunun keçidi üçün “Ağ-qaralar” heç bir məbləğ ödəməyəcəklər.

Qeyd edək ki, bu mövsüm 16 dəfə “Verder” formasını geyən Prödl 3 dəfə fərqlənə bilib.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!