1 Aprel, 2015
Dünya şöhrətli ifaçı Bakıya gəlir

Aprelin 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya şöhrətli opera ifaçısı Lado Atanelinin konserti keçiriləcək.

Bu barədə Simsar.az-a teatrdan məlumat verilib.

1960-cı ildə Gürcüstanda anadan olmuş L.Ataneli Tbilisi Dövlət Konservatoriyasının məzunudur.

Bir sıra beynəlxalq musiqi müsabiqələrində (İspaniya, Almaniya, Avstriya və s. ölkələrdə keçirilən) Qran-Pri mükafatı və Qızıl medal qazanıb. Görkəmli müğənni bir çox illərdir ki, dünyanın ən möhtəşəm opera səhnələrində - La-Skala (Milan), Metropoliten-Opera (Nyu-York), Kovent Qarden (London), Real Teatrı (Madrid), Doyçe Opera (Berlin), Vyana Dövlət Operası, həmçinin Tokio, San-Fransisko, Vaşinqton və b. Şəhərlərin Opera teatrlarının səhnələrində uğurla çıxış edir.

Onun repertuarında Renato (“Bal-Maskarad”), Amonasro ( “Aida”), Nabukko(“Nabukko”), Makbet (“Makbet”), Yaqo ( “Otello”), Jermon ( “Traviata”), Skarpia (“Toska”), Tonio (“Payatsı”) və s. partiyalar möhkəm yer tutur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!