1 Aprel, 2015
Kiyevdə azərbaycanlı intihar edib

Kiyevdə gənc qızı zorlamaqda ittiham olunan azərbaycanlı intihar edib.

Simsar.az-ın “Rbc.ua” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin Kiyev şəhəri üzrə Baş İdarənin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

32 yaşlı həmyerlimiz idarəyə aparılarkən polis avtomobilində özünə qəsd edib. Təcili tibbi yardım xidmətinin çağırılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. 

Xatırladaq ki, martın 30-da 32 yaşlı azərbaycanlı Kiyevdə gənc qızı zorlayıb və onu qarət edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!