1 Aprel, 2015
Dubay Əmirliyinin hakimi Azərbaycana gəlir

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri, Dubay Əmirliyinin hakimi Seyx Muhammed Bin Rəşid əl-Maktumun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.

Bu barədə Simsar.az-a Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı Səfirliyindən məlumat verilib. Səfər zamanı Seyx Muhammed Bin Rəşid əl-Maktumu kabinet işləri, iqtisadiyyat, xarici işlər üzrə dövlət naziri və digər yüksək rütbəli şəxslər müşayiət edəcək.

İki günlük səfər çərçivəsində Azərbaycanda dövlət başçısı və digər rəsmi şəxslərlə görüşlər gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!