1 Aprel, 2015
“Qarabağ”da da Müşahidə Şurası yaradılır

“Neftçi”dən sonra “Qarabağ” da Müşahidə Şurası yaradır.

Simsar.az qol.az-a istinadən xəbər verir ki, artıq bununla bağlı bir müddətdir müzakirələr aparılır.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.Az saytına açıqlamasında məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Müşahidə Şurasında klubun rəsmiləri ilə yanaşı, futbol veteranları və ziyalıların da təmsil olunacağı gözlənilir.

Hələlik Şuraya kimin rəhbərlik edəcəyi və orada kimlərin təmsil olunacağı dəqiqləşməyib.

N.İbrahimov Şura üzvlərinin yaxın vaxtlarda təsdiq olunacağını bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!