1 Aprel, 2015
Poroşenkonun “Roshen”inə həbs qoyuldu - Rusiyada

Ukrayna prezidenti Petro Poroşenkoya məxsus “Roshen” şokolad zavodunun Rusiyanın Lipetsk şəhərindəki filialı OMON-çular tərəfindən mühasirəyə alınıb.

Simsar.az Rusiya KİV-nə istinadən xəbər verir ki, işçi heyətinin zavod ərazisinə buraxılmadığı bildirilir. Ərazidə Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları axtarış aparır.

İşçilərin sözlərinə görə, zavodu maskalı şəxslər əhatəyə alıb, bütün personalı isə akt zalına toplayıblar. Lipetsk filialının mətbuat katibi bildirib ki, axtarışın nə səbəbdən aparıldığından xəbərsizdirlər.

Məlumatda qeyd edilir ki, “Roshen”in bu filialı hələ 13 il əvvəl açılıb və ümumilikdə zavodun istehsal etdiyi məhsulların Rusiya bazarındakı payı 7%-dir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!