1 Aprel, 2015
FACİƏ: Yol qəzasında ata və oğlu öldü

Sumqayıtda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası qeydə alınıb.

Simsar.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 31-də saat 23:00 radələrində Sumqayıt şəhərində şəhər sakini Seymur Məhərrəmov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Ağdam rayon sakini İlham Poladovu və onun oğlu İsmayılı vurub.  Piyadalar hadisə yerində ölüblər.
Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!