1 Aprel, 2015
Rayonlarda kənd təsərrüfatı idarələri yaradılacaq- NAZİRLİK
Bu günlərdə Azərbaycanın 60 yaxın rayonunda kənd təsərrüfatı idarələri fəaliyyətə başlayacaq.

Bunu Simsar.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.

M. Hacıyevin sözlərinə görə, rayonlarda artıq təsərrüfat idarələrinin inzibati binalarının tikintisi yekunlaşmaq üzrədir: "Hal-hazırda 56 rayonda inzibati binaların tikintisi gedir, orada tikinti yekunlaşandan sonra artıq ştat müəyyənləşəcək. Bundan sonra isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada (dövlət qulluğu hesab olunduğuna görə - red.) vakansiya elan edilib, kadrlar işə götürüləcək".

Qeyd edək ki, kənd təsərrüfatı idarələri fermerlərə xidmət, subsidiyaların verilməsinin təkmilləşdirilməsi kimi məsələlərin həllinə köməklik göstərəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!