1 Aprel, 2015
Avropa İttifaqı rəsmisindən Dağlıq Qarabağla bağlı AÇIQLAMA
1999-cu ildә Azәrbaycanla Avropa İttifaqı arasında tәrәfdaşlıq vә әmәkdaşlıq haqqında sәnәd imzalanıb. Həmin sənəddə Azәrbaycanın әrazi bütövlüyü vә suverenliyi dəstəklənib".

Simsar.az-ın mәlumatına görә, bunu Avropa İttifaqının Bakı ofisinin rәhbәri Malena Mard deyib.

Onun sözlәrinә görә, Avropa İttifaqı ATƏT-in Minsk qrupu hәmsәdrlәrinin nizamlanma prosesindəki sәylәrini dәstәklәyir: "Biz uzun müddәt etimadın qurulması üçün edə biləcəyimiz yardımla bağlı danışıqlar aparmışıq".

Diplomat qeyd edib ki, Avropa İttifaqı әrazi bütövlüyü vә tәhlükәsizlik mәsәlәlәrinә xüsusi diqqәt yetirir: "Bizim üçün də “status-kvo” qәbuledilmәzdir. Ötәn il prezidentlәr 3 dәfә görüşüblər. Yüksәk sәviyyәli görüşlәrin keçirilməsi yaxşı haldır. Avropa İttifaqının Cәnubi Qafqaz üzrә xüsusi nümayәndәsi var. O, hәmsәdrlәrlә daim tәmasda olur".

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!