1 Aprel, 2015
Məni yox, xorvat söyüşlərini sorğulamaq lazımdır - Emre Belözoğlu

Emre Belözoğlunun Slaven Biliçi təhqir etdiyini əsas gətirən “Beşiktaş”ın müraciətindən sonra Türkiyə Futbol Federasiyası futbolçunun məsələsinə Etik Məsələlər Komitəsində baxmağa qərar verib. Simsar.az “Sabah”a istinadən xəbər verir ki, futbolçu bu qərarı etirazla qarşılayıb.

Qərara münasibət bildirən Belözoğlu: “Məni yox, xorvat dilində səslənən söyüşləri sorğulamaq lazımdır. İctimaiyyət bu məsələdə məni günahkar hesab edir. Amma mən o söyüşlərin heç birinə söyüşlə cavab verməmişəm”, - deyib.

Xatırladaq ki, “Fənərbaxça”lı futbolçu “Beşiktaş”la oyunda Slaven Biliçlə mübahisə etmişdi.

Vüsal Məmmədzadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!