1 Aprel, 2015
Kardaşyan “EUROVİSON"-da

Erməni şou ulduzu Kim Kardaşyan “Eurovision-2015”in yarımfinalında müğənnilik edəcək.

Simsar.az Ermənistan  mətbuatına istinadən xəbər verir ki, şou ulduzu həyat yoldaşı Kanye Uest ilə birlikdə mayın 19-u Vyanada keçiriləcək müsabiqənin birinci yarımfinal mərhələsində qonaq qismində iştirak edəcək. Qonaqları əyləndirmək üçün Kardaşyan iki mahnı oxuyacaq.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Elnur Hüseynov mayın 21-də ikinci yarımfinalda çıxış edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!