1 Aprel, 2015
Danilo rəsmən “Real Madrid”də

“Kral klubu” “Porto”nun  braziliyalı futbolçunu heyətinə qatdığı açıqlayıb. Simsar.az “Marca”ya istinadən xəbər verir ki, Danilo yeni mövsümdən etibarən Madrid klubunun şərəfini qoruyacaq. Klub tərəfindən təqdim edilən məlumatda 23 yaşlı oyunçu ilə 2021-ci ilədək razılıq əldə olunduğu bildirilib. “Real Madrid”in Danilo üçün 31.5 milyon avro xərcləyəcəyi də yayılan məlumatlar arasındadır.

Qeyd edək ki, karyerasına “Amerika Mineyro”da başlayan Danilo 2012-ci ildən “Porto”nun şərəfini qoruyur. Müdafiəçi 9 dəfə də milli komandanın formasını geyinib.

Vüsal Məmmədzadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!