1 Aprel, 2015
Dünyanın ən yaşlı insanı ÖLDÜ

117 yaşını bir ay öncə qeyd edən Misako Okaşa ötən axşam dünyasını dəyişib.

Simsar.Az-ınQocalar ingilis mediasına istinadən xəbərinə görə, qocalar evində yaşayan Okaşa martın 5-i, 1898-ci il təvəllüdlü idi. Onun 3 övladı, dörd nəvəsi, altı nəticəsi var. O 2013-cü ildə “Dünyanın Ən Qoca Adamı” kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Ötən ay doğum gününü qeyd edən Okaşanın mediaya açıqlaması da maraq çəkir: “117 il elə də böyük zaman deyil”. Uzun ömürlülüyün sirrini açıqlayan Okaşa 8 saat normal yuxu rejimi və suşi yeməklə bu qədər ömürə sahib olduğunu bildirib. Düyü yeməklərini də çox sevən Okaşanın doğum günü Yaponiya Dövlət Telviziyası tərəfindən də yayımlanmışdı. 1919-cu ildə ailə həyatı quran qarı 1931-ci ildə həyat yoldaşını itirib.

Nigar

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!