1 Aprel, 2015
Kılıcdaroğlu: “4 ilə Türkiyəni uçuracam”

“Türkiyəyə demokratiya bayramını və ən sürətli dəyişikliyi CHP bəxş edəcək”.

Simsar.az “Yeni Şafak”-a istinadən xəbər verir ki, bunu Türkiyə Cümhuriyyət Xalq Hərəkatı Partiyasın (CHP) sədri Kamal Kılıçdaroğlu, partiyasının TBMM qrup toplantısında etdiyi çıxışında, qarşıdan gələn seçkiləri qiymətləndirərkən deyib: "Daha bir başlanğıc olacaq. Görəcəksiniz, CHP çox müsbət dəyişikliklər edəcək. İlk qurultayda bir nizamnamə dəyişikliyi edəcəyik. Limit haqqını bir dəfə istifadə edənlər ikincisini edə bilməyəcək. Gerçək dəyişiklik olunacaq. Türkiyəni Müasir mədəniyyətə qovuşduracağıq. Ən böyük hədəflərimizdən biri Türkiyə insanının inkişaf indeksini ilk 20-ə gətirməkdir. Sözüm söz, Kılıçdaroğlu sözü. Dörd ilə Türkiyəni uçuracağam.

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!