1 Aprel, 2015
Bakıda sürücü polisi təpiklədi - DAVA

Simsar.az-ın verdiyi xəbəər görə, hadisə Xətai rayonu M.Hadi küçəsində baş verib.

Bakı sakini 1986-cı il təvəllüdlü Fikrət Məmmədov sərxoş vəziyyətdə idarə etdiyi Volksvagen markalı 99 DO 706 nömrəli avtomobillə yol hərəkəti qaydasını pozub. Bu səbədən DYPİ-nin inspektoru polis baş serjantı 1966-cı il təvəllüdlü Oruc Tağıyev tərəfindən saxlanılıb. Həmin vaxt avtomobildə olan sərnişin 1987-ci il təvəllüdlü Ramil Bağırov polisi təpikləyərək döyüb. O.Tağıyev hadisə nəticəsində xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!