1 Aprel, 2015
İran və "altılıq" razılıq əldə ediblər - Sergey Lavrov

“İran və "altılıq" bütün əsas məsələlər üzrə razılıq əldə ediblər”.

Simsar.az-ın tvc.ru-ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu barədə İsveçrənin Lozanna şəhərində axşam danışıqların yekunlarına dair çıxışında bildirib.

Nazir bildirib ki, sözügedən məsələlərin təfərrüatı yaxın zamanda açıqlanacaq: “Sənəddə İrana qarşı sanksiyaların götürülməsi ilə bağlı təkliflər daxil edilib. Nazirin sözlərinə görə, iyunun sonunadək ekspertlər detalları tamamlayacaq. İyunun sonunadək ki, hərtərəfli müqavilənin imzalaması nəzərdə tutulur. Bu gün bəzi diplomatik idarələrin başçıları artıq Lozannanı tərk edir. Əlaqə qrupu işini davam etdirəcək. Hazırkı danışıqların yekunları ilə bağlı son rəyləri keçiriləcək mətbuat konfransında avropa diplomatiyasının rəhbəri Federika Maqerini və İranın xarici işlər naziri Cavad Zərif səsləndirəcəklər”.

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!