1 Aprel, 2015
“Abituriyent” jurnalının 2-ci sayı çap olunub

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən “Abituriyent” jurnalının 2-ci sayı nəşr olunaraq ictimaiyyətə təqdim olunub.
Komissiyanın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, jurnalda aşağıdakı materiallar təqdim olunub:
2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanı;
Elektron ərizə verən abituriyent üçün təlimat;
“Elektron ərizə"nin doldurulma qaydası və nümunəsi;
Xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqənin keçirilməsi şərtləri (ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə);
Ümumi orta təhsil (9 illik) üzrə buraxılış imtahanı proqramları;
Tam orta təhsil (11 illik) üzrə buraxılış imtahanı proqramları;
Bəzi test tapşırıqlarının izahı və tövsiyələr;
Abituriyentlər üçün elmi-metodiki məqalələr;
2014-cü ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları.
Qeyd: Ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlər üçün SQK-ların ünvanları və tələb olunan sənədlər də 2 saylı "Abituriyent" jurnalında təqdim olunub.

Aysel Kərimova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!