1 Aprel, 2015
Bakıda Türkiyənin tanınmış qrupu konsert verəcək

Bakıda Türkiyənin Mardin şəhərindən olan "Reyhani" qrupunun konserti keçiriləcək.

Simsar.az xəbər verir ki, konsert Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət şöbəsinin dəstəyi ilə keçiriləcək.

Konsert aprelin 3-də saat 19.30-da Rəşid Behbudov adına Mahnı teatrında baş tutacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!